Lənkəranda yağan güclü yağış nəticəsində şəhərin və kəndlərin mərkəzi küçələrini su basıb. Bu haqda bu gün, 7 sentyabr tarixində Cenublu.az-a məlumat daxil olub.
Sakinlər bildirir ki, kanalizasiya sistemi düzgün işləmədiyindən şəhərin İ.Səmədzadə, Vaqif Məmmədov küçələri, Lənkəran Böyük bazarı və Lənkəran Digah kəndi məscidin arxa məhəlləsində yolları su basıb. Küçələrdə asfalt örtüyünün olmamasından yoldaki xəndəklərə su dolur.
Belə hallarda, nəqliyyatın hərəkətində çətinliklər yaranır. Sakinlər həmçinin qeyd edir ki, belə şəraitlərdə yalnız rezin çəkmələrin istifadəsi mümkündür.