SON XƏBƏRLƏR

Lənkəran şəhəri Hənifə Abdullayev küçəsində səhər saat 10-11 radələrində oğurluq baş verib. Bu haqda məlumat bu gün, 1 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, sürücü ag rəngdə “Vaz 2106” avtomobilini Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin qarşısında saxlayıb. Qayıtdıqda artıq avtomobil orada olmayıb. O, dərhal polisə müraciət edib.

Hadisə yerinə polis cəlb olunub. Ərazidə olan kameralardan oğrunun hansı istiqamətdə getdiyi aşkar edilib.

Faktla bağlı araşdırma davam edir.