SON XƏBƏRLƏR

Lənkəranda yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışı ilə məşğul olan şəxslər aşkarlanıb. Bu haqda məlumat bu gün, 28 dekabr tarixində Report.az-da paylaşılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinə faktla bağlı məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri baxış zamanı həmin mağaza və piştaxtalardan pirotexniki vasitələr aşkarlanaraq götürülüb.

Nəticədə rayon sakinləri S.Vahabov, Ş.Səfərova, V.Kamalzadə və R.Məmmədov barəsində protokollar tərtib edilərək aidiyyəti üzrə təhvil verilib.