SON XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Lənkəranda təlim keçiriblər. Bu haqda bu gün, 16 oktyabr tarixində nazirliyin rəsmi saytında paylaşılıb.

“Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda FHN-nin Yanğından Mühafizə Hissəsinin Liman bölməsində baş tutmuşdur.

Təlim, xilasetmə işlərinin təşkili və aparılması qaydaları məqsədi ilə baş tutmuşdur. Əsasən hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması tədbirləri görülüb. Həmçinin hadisə zamanı komandirlərin effektiv idarəetmə bacarıqlarının təkmilləşdirilmə təlimləri olub.

Təlimin sonunda müzakirələr olunub və tapşırıqlar verilib.