SON XƏBƏRLƏR

Lənkəran rayon ərazisindəki evlərin birindən pul və zinət əşyaları oğurlanıb. Bu haqda bu gün, 24 avqust tarixində məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş T.Şıxcanov saxlanılıb.

O, mənzildən 7900 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.

Həmçinin axtarış zamanı onun üzərindən metanfitamin aşkarlanaraq götürülüb.