Lənkəran şəhərində yerləşən evlərin birini su basıb. Bu haqda məlumatı ev sahibi bu gün, 30 sentyabr Cenublu.az-a verib.
Belə ki, şəhərin Vagif Məmmədov küçəsi ev 23-də yerləşən evə yağış suları dolub. Ev sahibin sözlərinə görə, aidiyyatı qurumlara müraciət etsə də, müsbət cavab ala bilməyib. “İllərdir bu problemlə qarşılaşıram. Artıq evimin bünövrəsi çöküb”- deyə qeyd edib.
Son günlər Lənkərana yağan yağışlar şəhər və kəndlərdə bir sıra problemlər yaradıb.