Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində elmi-praktiki konfrans keçirilib. Bu haqda məlumat bu gün, 25 dekabr Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində paylaşılıb.
“İlham Əliyev – Davamlı inkişaf modelinin müəllifi” mövzusunda keçirilən konfrans Lənkəran ŞİH-i və YAP Lənkəran Şəhər təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə qurumların sədrləri, Lənkəran Dövlət Universitetinin alimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda Lənkəran ŞİH başçısı Taleh Qaraşov İlham Əliyevin nailiyyətlərindən danışıb. Daha sonra YAP Lənkəran Şəhər Təşkilatı sədrinin səlahiyyətlərini icra edən, İcra başçısının birinci müavini M.Babayev “İlham Əliyev – Davamlı inkişaf modelinin müəllifi” mövzusunda məruzə ilə çıxış edib.
