Lənkəran Regional Elmi Mərkəzdə 2021-ci ildə qarşıya qoyulmuş 4 problem və 4 iş başa çatdırılıb. Bu haqda məlumat bu gün, 4 fevral tarixində Azertac-da paylaşılıb.
Lənkəran Regional Elmi Mərkəzinin direktoru professor Fərman Quliyev bildirib ki, mərkəz tərəfindən Lənkəran-Astara bölgəsinin floristik tərkibinin və yabanı bitki müxtəlifliyi, regionun folklor, etnoqrafiya, arxeoloji və numizmatik abidələrinin aşkarlanması, sistemləşdirilməsi üçün işlər aparılıb. Çay bitkisi üzərində müasir klon seleksiyası üsulu ilə tədqiqat işləri aparılıb, 50-dən çox forma-klon müəyyənləşdirilib.
Direktor qeyd edib ki, çayların keyfiyyət göstəriciləri nəzarət kimi götürülmüş “Azərbaycan-2” çay sortu ilə müqayisə edilərək hərtərəfli qiymətləndirilib. Əldə edilmiş “FAQ-22” və “FAQ-15” çay forma-klonları göstərəciləri ilə seçildiyinə görə Dövlət Sort Sınağına təqdim ediləcək.
Araşdırmalar zamanı Lənkəran rayonunun Qamışovka, Aşağı və Yuxarı Nügədi, Liman kəndləri ətrafında tədqiqatların aparıldığını qeyd edilib.