SON XƏBƏRLƏR

Lənkəranda “Azərişıq” ASC-nin idarəsində mühəndis dünyasını dəyişib. Bu haqda məlumat bu gün, 6 dekabr tarixində Report.az-da paylaşılıb.

Verilən məlumata əsasən, hadisə bu gün səhər saatlarında “Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) qeydə alınıb.

63 yaşlı elektrik mühəndisi Ağakişi Xankişiyev dünyasını deyişib. Ehtimal olunur ki, Ağakişi Xankişiyev insult keçirib.

Araşdırma aparılması üçün meyit aidiyyatı üzrə təhvil verilib.