İllər öncə “Zabitlər evi” kimi fəaliyyət göstərən tikilinin yerində “Mall” tikiləcək. Bu haqda xəbəri bu gün, 8 yanvar tarixində Cenublu.az xəbər verir.
Belə ki, “Dosa mall” adlanılacaq məkan Müzəffər Nəsirli küçəsi, Heydər Əliyev parkının yanında yerləşir. Sakinlərin sözlərinə görə tikinti təqribən 7-8 il öncə “Zabitlər evi” kimi fəaliyyət göstərib.
Tikinti ərəfəsində olan “Dosa mall” üçün artıq satış ofisi də açılıb. Ofis Nizami küçəsində yerləşir.

