SON XƏBƏRLƏR

Lənkəran şəhərində Dövlət Gömrük Komitəsi (DGK) və Medianın İnkişafı Agentliyi, kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təlim keçiriblər. Bu haqda məlumatı bu gün, 25 yanvar tarixində Report.az verib.

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı təlimin II günündə qeyd edib ki, 2021-ci ildə Azərbaycanda qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin 99,8%-i ölkənin cənub sərhədlərindən keçirilməklə gətirilib.

“Aşkar edilmiş narkoqaçaqmalçılıq faktlarının analizi narkotik vasitələrin əsasən Astara, Biləsuvar və Naxçıvan MR-dakı Şahtaxtı gömrük postları vasitəsilə ölkəmizə gətirildiyini təsdiqləyib”, – deyə o bildirib.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər