SON XƏBƏRLƏR

Lənkəran şəhəri Tarix-Diyarşünaslıq muzeyində şəhid Murad Hüseynzadənin adına guşə açılıb. Bu haqda məlumatı bu gün, 18 oktyabr tarixində Azertac verib.

Guşə Vətən muharibəsi şəhidi Murad Hüseynzadənin ömür yolunu əks etdirir. Açılış mərasimində bir çox rəsmi nümayəndələr, ziyalılar, şəhidin ailə üzvləri və tələbələr iştirak ediblər. Tədbirdə şəhidimizin göstərdiyi qəhrəmanlıqlardan danışılıb, onun 22 illik ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillər nümayiş olunub. Sonra Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin adını daşıyan xatirə parkı ziyarət olunub.

Qeyd edək ki, Murad Mahmud oğlu Hüseynzadə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 2013-2015-ci illərdə Lənkəran Zabitlər Evində “Tibb təlimatçısı” ixtisasına yiyələnib. 44 günlük Vətən müharibəsinə könüllü yollanan Murad Hüseynzadə Füzuli, Cəbrayıl və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib və Qubadlı istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Masallı Rayon Gənclər və İdman İdarəsi
Aktual

Masallının icra başçısı qalib idmançılarla görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayevlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr