SON XƏBƏRLƏR

Lənkəranın Zövlə kəndində ata və oğulun Ulum çayında meyiti tapılıb. Bu haqda məlumat 3 sentyabr Cenublu.az-a daxil olub.

Belə ki, əvvəllərdə məhkum olmuş 42 yaşlı Şaiq Məmmədov bir neçə il öncə həyat yoldaşından boşanıb. 9 yaşlı oğlu Vahid Məmmədov anası ilə yaşayırmış. Son iki ayda oğlu atası ilə qalıb və oğlunu geri verməmək üçün atanın belə addım atdığı ehtimal olunur.

Qeyd edək ki, Şaiq Məmmədov oğlunun başını kəsərək qətlə yetirib. Daha sonra o, həmin bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirərək özünü öldürüb.

Mərhumların meyitləri bu gün qohumları tərəfindən aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.