Lənkəranda COVİD-19 infeksiyasının qarşısını almaq üçün gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdiyi reyd zamanı sakinlərin qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə qoyulan qaydalara laqeyid yanaşdıqları müəyyən olunub. Onlara tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib.
Həmçinin ictimai nəqliyyatda müvafiq tədbirlər görülüb. Özünün və ətrafdakıların sağlamlığına laqeyid yanaşan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.
Aparılan nəzarət-profilaktiki tədbirlərin keçirilməsində əsas məqsəd rayon sakinlərini COVID-19 virusundan qorumaqdır. Vətəndaşlardan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.