SON XƏBƏRLƏR

Lənkəranda narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxsin digər cinayətləridə məlum olub. Bu haqda bu gün, 26 noyabr tarixində Report.az-da paylaşılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, Lənkəran şəhər ərazisində T.Nağızadə saxlanılıb. Onun üzərindən narkotik heroin aşkarlanaraq götürülüb.

Əlavə axtarış zamanı məlum olub ki, şəhər ərazisində evlərin birindən 600 manat pul oğurlayıb.

Həmçinin T.Nağızadə özünü tibb işçisi kimi təqdim edərək pul müqabilində “COVİD-19” pasportu verəcəyi bəhanəsi ilə rayon sakinindən pul alıb.

Faktlarla bağlı araşdırma aparılır.

Deposit
Aktual

Masallı rayon sakinində narkotik və soyuq silah aşkarlanıb

Masallı rayon sakini Şirvan şəhərində saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri