SON XƏBƏRLƏR

Polis əməkdaşları Lənkəran rayonunun Kərgəlan kəndində həyətyanı sahədən çətənə kolu aşkar edib. Bu barədə DİN mətbuat xidməti 26 iyul tarixində məlumat yayıb.

“Xaşxaş-2021” adı altında keçirilən əməliyyatlar nəticəsində kənd sakini Ə.Əsgərova məxsus sahədə altı ədəd çətənə kolu tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha öncə, 19 iyul tarixində Astara rayonunun Sərək kəndində çətənə kolları yetişdirən Arif Süleymanov saxlanılmışdır. Onun evinin həyətində 66 kilogram olan 29 ədəd çətənə kolu aşkar olmuşdur.