22 sentyabr tarixində bütün Respublikada olduğu kimi Lənkəranda da I-IV siniflər üzrə dərslər başlayıb. Bu il tədris ənənəvi şəkildə olacaq.
Belə ki, rayonun 86 məktəbində qeyd edilən siniflər üzrə 11.925 nəfər şagird tədrisə başlayıb. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva və aparıcı məsləhətçi Cəmil Axundov 2021-2022-ci tədris ilinin ilk günündə Zövlə, Vilvan və Şağlaser kənd tam orta məktəbinin təlim-tərbiyə prosesinin təşkili ilə yaxından tanış olub, şagirdlərə yeni tədris ilində uğurlar arzu ediblər.