SON XƏBƏRLƏR

Lənkəranda polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 11 nəfər rayon sakini saxlanılıb. Bu haqda məlumat bu gün, 14 fevral tarixində Report.az-da paylaşılıb.

Verilən məlumata əsasən, saxlanılan 11 nəfərin üçünün digər oğurluq əməlinin də üstü açılıb. Əvvəllər məhkum olunmuş B.Verdiyevin ayrı-ayrı vaxtarda və rayonun müxtəlif ərazilərində 7 avtomobildən maqnitofon oğurladığı müəyyən edilib.

Axtarış zamanı məlub olub ki, saxlanılan R.Mirzəyev öz dayısının məzarının ətrafına çəkilmiş 200 manat dəyərində dəmir məhəccərləri və R.Mahmudov rayon ərazisində yerləşən evdən 340 manat pul oğurlayıblar.

Saxlanılan digər rayon sakinləri – N.Mustafayev, N.Ağayev, A.Həsənzadə, N.Məmmədov, V.Rəcəbov, V.Babayev, A.Bayramzadə və R.Nəsirovun üzərilərindən hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.