Lənkəran şəhəri Zərifə Əliyeva 78/16 ünvanında yaşayan sakinlər evlərinin zirzəmisinə kanalizasiya sularının dolmasından əziyyət çəkirlər. Bununla bağlı sakinlər 4 sentyabr Cenublu.az-a müraciət ediblər.
“Aidiyyatı qurumlar dəfələrlə gəlib düzəltsələrdə, problem kökündən həll olunmur. Bir müddətdən sonra zirzəmi yenə su ilə dolur” – deyə sakin söyləyir.
Həmçinin, sakinlərin sözlərinə görə, zirzəminin su ilə dolması binada nəmişlik yaradır və mənzillərin təmirinə ziyan vurur.