SON XƏBƏRLƏR

“15 sentyabr – Bilik günü” münasibəti ilə Osman Mirzəyev adına qarışıq tipli uşaq evində konsert proqramı təşkil edilib. Bu haqda Mamusta Folklor evinin rəsmi Facebook səhifəsində paylaşılıb.

C.Cabbarlı adına 1 saylı musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə musiqili və əyləncəli konsert proqramı təşkil olunub.

Konsert proqramında Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli uşaq musiqi məktəbinin direktoru Camal Həsənov, Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin direktoru Mehriban Səfərova və digər qonaqlar iştirak ediblər.

Tədbir zamanı uşaqlarla əyləncəli oyunlar keçirilib, həmçinin onlara hədiyyələr təqdim olunub.

Dünyaca məşhur aşpaz
Sizi maraqlandıran

Dünyaca məşhur aşpaz Masallıda hind quşu ləvəngisi bişirdi

Dünyaca məşhur “Wilderness cooking” Youtube kanalının sahibi, məşhur aşpaz Təvəkkül Aslanov Masallıda hind quşu ləvəngisi bişirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 mart tarixində verir. “Azərçay”ın dəstəyi ilə Novruz