SON XƏBƏRLƏR

Lənkəranda yol-nəqliyyat hadisəsi nəticəsində qadın dünyasını dəyişib. Bu haqda məlumat Report.az-da paylaşılıb.

Verilən məlumata əsasən, Yuxarı Nüvədi kəndində Nadir Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə qəza törədib. O, Səpnəkəran kənd sakini, 73 yaşlı Sofiya Vahab qızı Səfərovanı vurub.

Sürücü qadını dərhal xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər