SON XƏBƏRLƏR

Lənkəran şəhər sakininə məxsus avtomobili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda məlumatı bu gün, 4 oktyabr tarixində Daxili işlər Nazirliyinin rəsmi saytı paylaşıb.

Belə ki, R.Manafova məxsus olan “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şiləvar kənd sakini, əvvəllər də məhkum olunmuş Z.Nəzərov şübhəli bilinərək saxlanılıb.

Axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.