Lənkəran rayonu Digah kəndində iki baş atı güllələyən şəxs məlum olub. Bu haqda məlumatı DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bu gün, 27 oktyabr tarixində Report-a verib.
Belə ki, araşdırma zamanı iki baş atı güllələyən rayonun Digah kənd sakini Vüqar Məmmədovun olduğu müəyyən edilib: “Atların sahibi Bəhmən İbrahimova dəymiş ziyanın tam şəkildə ödənilməsi təmin olunub”- deyə polis inspektoru bildirib.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma davam edir.