SON XƏBƏRLƏR

Lənkəranda “Ashrafi markası” şəhid ailələrini ziyarət ediblər. Bu haqda məlumat bu gün, 8 noyabr tarixində Cenublu.az-a daxil olub.

Şirkət nümayəndələri “Zəfər günü” ilə əlaqədar Lənkəran şəhərində şəhid ailələrinin evlərini ziyarət ediblər. Onların qayğıları ilə maraqlanan şirkət nümayəndələri evlərə pay aparıblar.

Onlar həmçinin Lənkəranın fəxri olan şəhid Emil Qurbanovun evinə baş çəkiblər.

Ziyarətin sonunda xeyriyyəçilər Şəhidlər Xiyabanında olublar. Şəhidlərin ruhuna dualar oxuyan iştirakçılar, onların məzarlarının qarşısına gül dəstələri düzüblər.

Photo Cenublu.az
Photo Cenublu.az