SON XƏBƏRLƏR

Lənkəranda polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində on beş narkotacir saxlanılıb. Bu haqda məlumat bu gün, 28 yanvar tarixində Report.az-da paylaşılıb.

İlk öncə polis əməkdaşları, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İbrahim Axundov, Şəhriyar İbadlı və Səidə Əskərova saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalar zamanı bəlli olub ki, Səidənin oğlu narkotik vasitələri Müqəddəs Adıyevdən götürüb. Müqəddəs Adıyevin evində aparılan axtarış nəticəsində 5 kq-dan artıq heroin və metamfetamin götürülüb.

Həmçinin digər əməliyyat zamanı Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər – Turac Rzazadə, Zahid Səlimov, Elvin Cəfərov, Bayram Nəsrullayev, Ramin Cəbizadə, Mirxəlil Mirverdiyev, Zeyqəm Rzayev, Fərid Hüseynov, Ruslan Əliyev, Musa Hüseynov və Ümid Məmmədov saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.