SON XƏBƏRLƏR

Lənkəranda narkotik dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb. Bu haqda məlumat Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Report.az-a verilib.

Belə ki, heroin və metamfetaminin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri O.Rəhimov, X.Məmmədov, H.Əliyev, V.Abbasov, R.Əliyev, E.Əskərov və K.Babazadə tutulublar.

Baxış zamanı onların hər birinin üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərdən E.Əskərovun həmçinin Lənkəran rayonu ərazisində bir avtomobildən 75 manat pul və sənədlər olan əl çantasını oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər