SON XƏBƏRLƏR

Lənkəranda 2020-2021-ci tədris ilində 619 nəfər tələbə adını qazanıb. Bu haqda Azərtac 16 avqust tarixində paylaşım edib.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva bildirib ki, ümumilikdə 1717 məzun məktəbi bitirib. 1 nəfər tam orta təhsilini qızıl medal ilə bitirib. Rayondan 26 nəfər 600-dən, 111 nəfər isə 500-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olublar.

Rayon üzrə ən yüksək bal toplayan  5 nömrəli tam orta məktəbin məzunu Əliyev Mirmahmud İsmayıl oğlu olub. O, 676 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.

6 nömrəli məktəb-liseyin məzunu İsmayılzadə Xatun Raid qızı 2020-2021-ci tədris ilini qızıl medal ilə bitirib. Həmçinin Xatun 658,9 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.

Ülviyyə Əliyeva bildirib ki, cari ildə Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin XI sinfindən 40 məzunun hamısı ali məktəbə daxil olub.