SON XƏBƏRLƏR

“5 oktyabr – Müəllimlər Günü” ilə əlaqədar Lənkəranda tədbir keçirilib. Bu haqda bu gün, 6 oktyabr tarixində Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində paylaşım edilib.

İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, onun qarşısına gül dəstələri düzüblər. Daha sonra tədbir T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin akt zalında davam edib.

Tədbirdə çıxış edən İcra Hakimiyyəti başçısının müavini Rasilə Arif qızı və Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva müəllimlərin çətin və şərəfli əməyindən danışaraq onları təbrik ediblər.

Sonda Vətən müharibəsində iştirak edən qəhrəman müəllimlər, rayonun qabaqcıl müəllimləri və V qrant müsabiqəsinin qalibləri Fəxri Fərmanlarla təltif ediliblər.