SON XƏBƏRLƏR

Lənkəran şəhəri Şəhidlər qəbiristanlığı kimi tanınan Kiçik bazar qəbiristanlığında yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 26 avqust tarixində Cenublu.az-a məlumat daxil olub.

Qəbiristanlaığın arxa tərəfində kolluq ərazi yanıb. Sakinlər FHN-ə müraciət ediblər. Təxminən 20-25 dəqiqədən sonra yanğınsöndürmə əməkdaşları əraziyə cəlb olunub.

Yanğın söndürülüb və səbəbləri ilə bağlı araşdırma aparılır.

Həmçinin FHN-nin saytında paylaşılan məlumata əsasən, Lənkəran şəhərinin Sütəmurdov kəndində ümumi sahəsi 1000 kv.m olan talvarın altına yığılan 25 ton karton qutu yanıb. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.