SON XƏBƏRLƏR

Lənkəranda 11-ci sinif şagirdi qəfil dünyasını dəyişib. Bu haqda məlumat bu gün, 31 yanvar tarixində Report.az-da paylaşılıb.

Hadisə rayonun Türkəkəran kəndində baş verib. 17 yaşlı Elvar Fədail oğlu İbrahimzadə yaşadığı evdə vəfat edib. Anası oğlunun yatdığı yerdə xırıltısını eşidib. Oyatmaq istərkən oğlunun öldüyünü görüb.

Ailənin 2 oğlundan 1-i olan Elvarın səhhətində daha öncə hər hansı bir problemin olmadığı bildirilir.

Gəncin meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. İlkin ehtimallara görə, gənc oğlan ürəktutmadan dünyasını dəyişib.