SON XƏBƏRLƏR

Lənkəranda O.Mirzəyev adına qarışıq tipli Uşaq evində 15 sentyabr – “Bilik günü”nə həsr edilmiş tədbir keçirilib. Bu haqda məlumat bu gün, 17 sentyabr Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən paylaşılıb.

Tədbirdə C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi konsert proqramı ilə çıxış edib. Konsertdə uşaqlardan ibarət qarmon, kamança və skripka ansamblının musiqiləri dinlənilmiş, milli rəqslər və solo ifalar edilib. Tədbirdə şən klounlar uşaqlarla maraqlı oyunlar keçirmiş və qaliblərə hədiyyələr verilib.

Sonda Uşaq evinin hər bir şagirdinə təhsil ilinin başlanılması münasibəti ilə məktəbli ləvazimatları paylanılıb.