SON XƏBƏRLƏR

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu haqda məlumat bu gün, 12 yanvar tarixində Report.az-da paylaşılıb.

Polis şöbəsinə daxil olan məlumat əsasında Girədni kənd sakini Fariz Baxşiyev saxlanılıb. Onun üzərindən 2 kiloqram 805 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Əlavə axtarış zamanı, rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər – Fərid Əskərov, Xalid Əskərov, Elsevər Məcidov, Habil Cabbarov, Fərrux Cəfərov, Seymur Zəkizadə, Ənvər Lələyev, Kamran Nuriyev, Niyaməddin Qasımov, Həbib Kələntərli və Emin Əliyev saxlanılıblar.

Onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Masallı Rayon Gənclər və İdman İdarəsi
Aktual

Masallının icra başçısı qalib idmançılarla görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayevlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr