SON XƏBƏRLƏR

Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu haqda məlumat bu gün, 23 dekabr tarixində Report.az-da paylaşılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı 13 nəfər saxlanılıb. Axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Emin Ağacanov məhsuliyyətə cəlb olunub. Onun üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Əlavə araşdırmalar zamanı rayon sakini Faiq Əlizadə saxlanılaraq, üzərindən çıxan 4 kq-dan artıq heroin və elektron tərəzi götürülüb.

Lənkəran ŞRPŞ tərəfindən keçirilən əlavə əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər – X.Rzayev, C.Qurbanov, E.Qəmbərli, R.Abıyev, M.Kazımov, F.Kazımzadə, N.Balayev, R.Tağıyev, E.Qəribov, R.Nuriyev və B.Muradov saxlanılıblar. Onların üzərindən heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.