Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində piyadalar onlar üçün nəzərdə tutulmuş yoldan istifadə edə bilmirlər. Bu haqda məlumatı bu gün, 2 dekabr tarixində Cenublu.az verir.
Belə ki, piyada yolunun üstündə sallanan xətlər onlar üçün çətinlik yaradır. “Bunların nə xətt olduğunu bilmirəm, amma xeyli vaxtdır ki, buradan sallanır. Piyada keçidindən keçmək mümkün deyil” – deyə sakinlərdən biri söyləyib.