Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində məişət tullantıları yol kənarına atılır. Bu haqda Cenublu.az-a bu gün, 6 sentyabr tarixində məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, küçələrdə zibil qutuları olmadığından vətəndaşlar məcbur qalıb tullantıları bir yerdə toplayırlar. 2 və ya 3 gündən bir aidiyyatı qurumlar tərəfindən göndərilən əməkdaşlar tullantıları ərazidən yığışdırırlar.
Tullantılar isti və rütubətli günlərdə çox qaldıqda, iylənir və ərazidə həşəratlar çoxalır.


