SON XƏBƏRLƏR

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Bu haqda məlumatı bu gün, 24 sentyabr Apa paylaşıb.

Belə ki, yeniyetmələr arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. 13 yaşlı M.Ə. öz həmyaşıdı M.M.-ni bıçaqlayıb. Xəsarət alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Cinayəti törədən isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.