SON XƏBƏRLƏR

Lənkəranlı yeniyetmənin ayağına qəlpə girib. Bu haqda bu gün, 15 dekabr tarixində Report.az paylaşıb.

10 yaşlı Gəgiran kənd sakini Şəhriyar Məhərrəmzadə həyətdə oynarkən partlayış baş verib.

Verilən məlumata əsasən, Şəhriyar həyətdə balta ilə iriçaplı patronu kəsdiyinə görə, patron partlayıb və yeniyetmə qəlpə yarası alıb.

Şəhriyyar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Sağ ayağında yara dərin olmayıb, lakin sol ayağında didilmiş yara və vətərin defekti diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.