SON XƏBƏRLƏR

Lənkəranda Yeni il bayramı üçün süni şam ağaclarının satışı artıq başlayıb. Cenublu.az bu gün, 10 dekabr tarixində şəhərin müxtəlif satış məntəqələrindən qiymətlər haqda məlumat toplayıb.

Belə ki, Lənkəran bazarında alıcılara müxtəlif keyfiyyətdə və ölçüdə Yeni il ağacları təqdim olunur:

  • Sadə şam ağacı 1.50 metr – 30 manat;
  • Ölçüsü 1.80 metr – 60 manat
  • Qar dənəcikləri ilə olan şam ağacı 1.50 metr – 30 manat;
  • 2.10 metr olanı isə – 60 manat.
Foto Cenublu.az
Foto Cenublu.az

Həzi Aslanov küçəsində yerləşən “Al çiçəyim” mağazasında şam ağacları keyfiyyətcə və görünüşcə fərqlənir. Belə ki:

  • Sadə şam ağacı 1.50 metr – 50 manat;
  • 1.80 metr – 60 manat;
  • 3 metr – 250 manat;
  • Qırmızı tumurcuqlar ilə olan şam ağacı 2 metr – 450 manat;
  • Qırmızı tumurcuqlar ilə olan qarlı şam ağacı 2.10 metr – 370 manat.
Foto Cenublu.az
Foto Cenublu.az

“Bazarstore” marketlər şəbəkəsində satılan Yeni il ağaclarının qiymətləri:

  • Sadə şam ağacı 90 sm – 9,99 manat;
  • 2.10 sm isə – 65 manat.
Foto Cenublu.az
Foto Cenublu.az