Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Heydər Əliyev yolunun davamçısı” mövzusunda konfrans keçirilib. Bu haqda məlumatı Lənkəran Regional Mədəniyyət İdarəsi verib.
Konfrans Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. Daha sonra partiyanın yaranma tarixi haqda məlumatlar verilib.
Sonda tədbir diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.