SON XƏBƏRLƏR

Lənkəran şəhərində üstü açıq xəndəklər yağıntılı keçən günlərdə problem yaradır. Bu haqda bu gün, 25 noyabr tarixində Cenublu.az xəbər verir.

Gördüyünüz videokadrlar şəhərin Azad İsmayılov küçəsi ev 26-da qeydə alınıb. Sakinlər bildirir ki, xəndəklərin içi tullantı və kol-koslarla dolduğundan, su xəndəklərlə axıb getmir. Əvəzində isə su həyətlərə və küçələrə daşır.

Kadrlardan göründüyü kimi, sakinlər öz həyətlərində suya batmadan hərəkət etmək üçün daşlardan istifadə edirlər.