Lənkəran şəhəri Vidadi küçəsində yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 24 sentyabr tarixində Cenublu.az-a məlumat daxil olub.
Yanğın evin içərisində başlayıb. Hadisə yerinə 3 yanğınsöndürən maşını, 1 təcili tibbi yardım və şəxsi heyəti cəlb olunub.
Sakinlərin sözlərinə görə, yanğının paralel olan mənzilə yayılmasının qarşısı FHN-nin əməkdaşları tərəfindən alınıb.
Həmçinin sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, ev sahibi tərəfindən yandırılıb. O, 23 senyabr tarixində özünə çaya ataraq qəsd etmişdir. Ərazidə olan sakinlər onun həyatını qurtarmışdırlar.
İlkin məlumata görə, xəsarət alan var.