SON XƏBƏRLƏR

Azərbaycanın Xalq artisti, əslən Lənkərandan olan xanəndə Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib. Bu haqda məlumatı Apa verib.

Mədəniyyət Nazirliyi Xalq artisti Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb: “Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz verib. Azərbaycan xalqının sevimli sənətkarı, bənzərsiz muğam ustası, ömrünün 60 ilindən çoxunu muğama, Azərbaycan musiqisinə həsr edən Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli, professor Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat edib”.

Qeyd edək ki, Canəli Əkbərov 1940-cı il mart ayının 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. О, Asəf Zeynallı adına musiqi texnikumunu bitirdikdən sonra uzun müddət Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışıb. Оnun Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Türkiyə, Polşa, Mərakeş, ABŞ, Fransa, Böyük Britaniyada çıxışları milli musiqimizə geniş şöhrət gətirib. O, uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor və kafedra müdiri kimi çalışıb.