SON XƏBƏRLƏR

Avqust 4-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizinin Lənkəran istiqamətində reyd keçirib. Bu haqda məlumat bu gün, 10 avqust Dövlət Sərhəd Xidmətinin rəsmi saytında paylaşılıb.

Reyd nəticəsində dəniz istiqamətləndirici nişanına bərkidilmış, içərisində 20 ədəd kiçik hissələrə bölünmüş, ümumi çəkisi 21 kiloqram 255 qram olan tiryək aşkarlanıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri başlayıb.