Lənkəranda bu küçədə xəndəklərin təmizlənməməsi sakinlərin narazıçılığına səbəb olur. Bu haqda məlumatı bu gün, 7 dekabr tarixində Cenublu.az xəbər verir.
Şəhərin Mirhaşim Ağayev küçəsində xəndəklər tullantılar və kol-koslarla dolub. Xəndəklərin dolu olmasından su axmır və dolu qalır.
“Bu xəndəklər təmizlənmədiyindən biz əziyyət çəkirik. Öz həyətimizdə otura bilmirik. Su axıtısı yoxdur, su qalır və üfunət qoxusu ərazini bürüyür”deyə sakinlərdən biri qeyd edib.