SON XƏBƏRLƏR

Dövlət Məşğulluq Agentliyi Lənkəran və Astara rayonlarında yararlı torpağları olanlara yardım layihəsi təşkil edəcək. Bu haqda agentliyin rəsmi saytında elan edilib.

Kənd təsərrüfatına yararlı pay torpağı olub və digər məşğulluğu olmayan sakinlər layihədə iştirak edə bilər. Bu il üçün layihəyə 300 nəfərin cəlb olunması nəzərdə tutulub.

Layihədə iştirak etmək üçün müəyyən edilmiş tələblər:

  • Bağa baxmağa istək və təcrübəli olmalıdır;
  • Əmlakdan təyinatına uyğun istifadə etməli, bağ salınıb təhvil verildikdən sonra ona düzgün qulluq etməlidir;
  • Bağ təhvil verildikdən sonra onun saxlanmasına iştirakçı bilavasitə məsuliyyət daşıyır;
  • Yerli məşğulluq mərkəzlərində təşkil olunan müvafiq təlimlərdə iştirak etməlidir;
  • Podratçının və yerli məşğulluq mərkəzlərinin nümayəndələrinə bağda monitorinq keçirilməsinə, təhvil-təslim edilməsinə, video və foto çəkilişlərin aparılmasına şərait yaradılmalıdır;
  • Bağın və ona təhvil verilmiş əmlakın 1 il ərzində üçüncü şəxslərin istifadəsinə və sərəncamına verilməsı qadağandır.

Namizədlərin seçimi zamanı onların təqdim etdiyi torpağın bağçılıq üçün yararlı olması və onların aztəminatlılıq meyarına uyğunluğu əsas götürüləcək.

Şəhid ailələrinə və sosial cəhətdən həssas kateqoriyadan olan şəxslərə üstünlük veriləcək.

Müraciət etmək üçün link: https://bit.ly/3fHNHpW

Son müraciət tarixi 1 sentyabrdır.

Masallı Gənclər Evi
Sizi maraqlandıran

Masallı: “Qarabağ Azərbaycandır” mövzusunda rəsm müsabiqəsi

Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin inzibati binasında “Qarabağ Azərbaycandır” mövzusunda rəsm müsabiqəsi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 oktyabr tarixində verir. Gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə keçiriləcək

Foto açıq mənbələr
Aktual

Tarix yazan müəllimlərimizi tanıyaq

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Cenublu.az Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman müəllimlər haqda məlumat verir.