Xəzər dənizi sahillərində, Ağcabədi rayonunun daxili su hövzələrində, Mingəçevir, Şəmkir su anbarlarında, Kür çayında qanunsuz balıq ovlayan Lənkəran və Astara rayon sakinləri saxlanılıblar. Bu haqda məlumatı bu gün, 1 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi B. Məhəmmədov: “Araşdırma zamanı brakonyerlərin Lənkəran rayon sakini Bəxtiyar Rəhimov, Astara rayon sakini Rafiq Dadaşov, Siyəzən və Bakı sakinləri olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb”.
B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 720 metr uzunluğunda sintetik tor yığışdırılıb.
Həmçinin, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edənlər də saxlanılıb.
“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və brakonyerlər ümumilikdə 6800 manat məbləğində cərimələnib”.