SON XƏBƏRLƏR

Bilgəh istirahət mərkəzində Lənkəran və Astara sənətkarlarının əl işlərindən ibarət “Etnobazar” sərgisi təşkil olunub. Bu haqda məlumatı avqustun 11-də Lənkəran Regional Mədəniyyət İdarəsi verib.

Tədbirdə Lənkəran rayonu Haftonu qəsəbə Sənətkarlıq Klubu, Lənkəran rayonu Tatova kənd Sənətkarlıq Klubu və Astara rayonunun sənətkarları iştirak etmişdir.

Sərgi zamanı cənub bölgəsinə xas olan həsir, zənbil, toxunma papaq eləcə də bambukdan əl işləri nümayiş edilmişdir.

 

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəsmi saytı
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəsmi saytı