Lənkəran – Astara rayon məktəbləri Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi”-də 10 layihənin qalibi olublar.
Lənkəran
Lənkəran rayon məktəblərindən “Ümumi təhsil kateqoriya”-sı üzrə 1 qalib olub:
- “Mədəniyyət mirasımıza kiçik addımlarla səyahət” layihəsinə görə Şilavar kənd ümumi orta məktəbinə dövlət tərəfindən 7815 manat verilib.
“Fərdi kateqoriya” üzrə Lənkəranın 3 məktəbi qalib olub:
- “Filtrasiyalı internet – Arxayın valideyn” layihəsində 7 saylı məktəbdən Kazımova Səadət – 2705 manat
- “ROBOTIS BIOLOID STEM Səviyyə 2” layihəsində 10 saylı məktəbdən Əliyeva Nərgiz – 4595 manat
- “Zəfər bizimdir” layihəsində N.Aslanov adına məktəbdən Əliyev Aqşin – 8990 manat.
Astara
Astara məktəblərində 6 layihə qranta layiq görülüb:
“Ümumi təhsil kateqoriya”-sı üzrə 2 layihə:
- “Online conversation school” – ABŞ müəllimləri ilə əməkdaşlıq şəraitində ingilis dili dərslərinin birgə distant tədrisi layihəsində Artupa kənd Y.Ağayev adına məktəb – 7610 manat
- Şagirdlərin kodlaşdırmanı öyrənərək Qarabağ və vətənpərvərlik mövzusunda saytlar hazırlaması layihəsində Şağlazüzə kənd məktəbi – 8400 manat.
“Fərdi kateqoriya” üzrə Astaranın 4 məktəbi qalib olub:
Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlimi layihəsində 3 nömrəli məktəbdən Qənbərov Nəvai – 6180 manat
- Kənd məktəbində 6, 7 və 8-ci sinif şagirdləri üçün qrafik dizayn, 3D modelləşdirmə, veb dizayn və kodlaşdırma üzrə distant dərslərin təşkili layihəsi üzrə Ə.Əliyev adına məktəbindən Quliyev Elnur – 4735 manat
- aSc Time Tables – Elektron dərs cədvəli layihısində S.Vurğun adına məktəbindən İsfəndiyarov Ülfət – 3680 manat
- “Rəngli dünyamız” – Kənd şagirdlərində rəssamlıq bacarıqlarının inkişafı üçün onlayn təlimlər və müsabiqələrin keçirilməsi onlayn O.Yəhyayev adına 2 saylı məktəbindən Həsənova Aytən – 5000 manat.
Müsabiqə nəticələrindən narazı qalanlar 16 avqust 2021-ci il saat 18:00-dək [email protected] elektron poçt ünvanına ad-soyad, əlaqə nömrəsi, təqdim etdikləri layihənin adı, kateqoriyası və nominasiyasını göndərərək apellyasiya müraciəti edə bilərlər.