Tədbir məktəbliləri maarifləndirmək məqsədilə keçirilib
Lənkəranın və Astaranın bir sıra məktələrində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib. Bu haqda məlumatı 20 sentyabr Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında paylaşılıb.
Belə ki, tədbirlər Lənkəran şəhər 8 və 10 nömrəli, Astara şəhər 6 nömrəli, Astara rayon Artupa kənd tam orta məktəblərində baş tutub. Orada yanğın təhlükəsizliyinə dair qaydalar, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları haqqında, qızdırıcı, havalandırma, elektrik qurğularına texniki nəzarətlə bağlı tələblər və “112” qaynar xətti barədə məlumat verilib.
Həmçinin, tədbirdə ərazilərin daim təmiz vəziyyətdə saxlanılması, təhsil müəssisələrinə məxsus obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi vurğulanıb. Qeyd edilib ki, yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları müvafiq yerlərdən asılmalı, yanğına qarşı su təchizatı mənbələri və qurğuları müvafiq normalara uyğun vəziyyətdə saxlanılmalıdır.
Tədbiri Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi keçirib.