Lənkəran şəhərinin mərkəzi küçələrinin birində xəndəklər təmizlənməyib. Bu haqda bu gün, 16 oktyabr tarixində Cenublu.az məlumat daxil olub.
Belə ki, şəhərin Səttərxan küçəsində iri xəndəklərin üstü acıqdır. Küçədə tullantılar üçün qab olmadığından zibillər xəndəklərin kənarlarına atılır. Nəticədə ərazini pis qoxu bürüyür.
Sakinlərin sözlərinə görə, əraziyə tullantıların atılması və yığışdırılmaması səbəbindən tullantıların üfunət qoxusu onların həyətlərində hiss olunur.
